Bazar ertəsi , Oktyabr 19 2026
azfa

21 Azər ərəfəsində Təbrizdə milli şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal 21 Azər münasibətilə divarlara milli şüarlar yazıblar.

Fəallar 1945-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurlmasının ildönümü ilə bağlı əsasən aşağıdakı şüarları Təbrizdə divarlara yazmaqla milli hərəkatın tələblərini gündəmə gətiriblər:

“21 Azər”, “Milli Hökumət”, “Pişəvəri”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s.

Qeyd edək ki, hər il Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci il 12 dekabr yəni 21 Azərdə Azərbaycan Milli Hökuməti qurulması müxtəlif mərasimlərlə yad edilir.

Həmçinin yoxlayın

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …