İrəvanda “Əsrlərin tarixi-mədəni bağı Ermənistan-İran dostluğunun təminatçısıdır” adlı konfrans keçirilib

GADTB: Ermənistanın “news.am” saytının xəbərinə görə, dekabrın 21-də İrəvanın “Matenadaran” Qədim Erməni Əlyazmaları Muzey-İnstitutunda “Əsrlərin tarixi-mədəni bağı Ermənistan-İran dostluğunun təminatçısıdır” adlı konfrans təşkil edilib.

Tədbirə qatılan İranın işğalçı Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri 30 il ərzində erməni vandallarının Qarabağı yağmaladığını və müsəlman azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdiyini görməzdən gələrək, iranlıların və ermənilərin Ermənistanda “tolerantlığın” təzahürü kimi İrəvandakı Göy məscidin önəmini və müsəlmanların dini mərasimlərini keçirmək azadlığını nümayiş etdirə bilməsindən məmnunluğunu ifadə edib.

İrandakı erməni kilsələrinin əhəmiyyətini “nümunəvi” adandıran səfir onun siyasi və mənəvi dəyərinin dərk edilməsinin vacibliyini vurğulayıb. İranlı diplomat habelə qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Tədbir çərçivəsində ortaq tarixi irs və mədəni əsərlər, o cümlədən İrəvandakı Göy məscid, İranda erməni kilsələrinin qorunub saxlanması, Ermənistanda fars dilinin öyrənilməsi və hər iki ölkənin ziyalılar arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib./ Azad İran

Həmçinin yoxlayın

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində keçirildi

GADTB: Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi …

Molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə …