Cümə axşamı , May 7 2026
azfa

İran Azərbaycan mədəni irsini mənimsəmə məqsədilə İrəvanda konfrans keçirdi

GADTB: Dekabrın 22-də Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda “İranın Cənubi Qafqazda mədəni irsi” adlı konfrans keçirilib. Tədbirdə Azərbaycana qarşı qərəzli fikirlər səsləndirilib.

“Armen Press” xəbər verir ki, açılış mərasimində Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Robert Kazaryan iddia edib ki, regionun iki yerli xalqı, ermənilər və iranlılar, eləcə də onların yaratdığı sivilizasiyaların minlərlə əlaqəsi var. İran sivilizasiyasının Cənubi Qafqazdakı əlaqələri və təsiri göz qabağındadır.

“Bu gün bəzi dövlətlər və insanlar başqalarının, xüsusən də yerli xalqların mədəniyyətini ələ keçirməyə çalışırlar. Həmin özəlləşdirmə mədəniyyətinin prosesləri bölgəmizdə özünü büruzə verir və bir neçə onillik tarixə malikdir.

Azərbaycan təkcə ermənilərin deyil, həm də digər yerli xalqların: gürcülərin, irandilli xalqların və Ağvankın varisləri hesab edilən digər Qafqaz xalqlarının mədəniyyətini mənimsəməyə və özəlləşdirməyə çalışır. Bununla həmin ölkə öz tarixini silməyə çalışır ki, bu da qəbuledilməzdir”,-deyə  Kazaryan Azərbaycana qarşı qərəzli və əsassız iddialar irəli sürüb. 

Onun sözlərinə görə, ölkə səviyyəsində həyata keçirilən bu siyasətə birgə səylərlə qarşı çıxmaq lazımdır.

Konfransda çıxış edən İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri də ermənilərlə iranlıların coğrafi, mədəni və tarixi irs baxımından ortaq cəhətlərə malik olduğunu vurğulayıb. 

O, iddia edib: “Uzun müddətdir ki, region əhalisinin tarixi faktlarını təhrif etmək, hətta mədəni irsi məhv etmək cəhdlərinin şahidi oluruq”. 

Zühurinin sözlərinə görə, bölgə əhalisinin həm maddi, həm də qeyri-maddi irsi hədəfə alınıb. / Azad İran

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …