Bazar , Dekabr 29 2024
azfa

Molla rejimi azərbaycanlı vəkil Əmir Mehdipuru həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü Əmir Mehdipur Təbrizdə rejimin Ümumi və İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs və 2 il müddətinə ölkədən çıxış qadağa cəzasına məhkum edilib.

Bununla bağlı azərbaycanlı vəkil Əmir Mehdipur türk, ingilis və fars dillərində öz İnstaqram səhifəsində yazıb:

“Mən bir vəkil olaraq insan haqlarını müdafiə etdiyim üçün həbs, ölkədən çıxış qadağası, vəkillik icazəmin ləğv edilməsi və elektron əşyalarımın müsadirəsi ilə cəzlandırılmışam”.

Qeyd edək ki, Əmir Mehdipur 17 oktyabrda rejimin məmurları tərəfindən həbs edilərək Təbriz zindanına köçürülmüş və 27 oktyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …