Molla rejimi azərbaycanlı fəalın həbs müddəti uzadıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 16 noyabrda rejimin məmurları tərəfindən yaxalanan və Təbrizdə rejimin zindanına köçürülən Ümid Qaragözlü sərbəst buraxılmayıb.

29 dekabrda azadlığa buraxılmalı olan fəalın cinayət işini araşdıran müstəntiq onun həbs müddətinin uzadılması barədə yeni sərəncam verib.

Hələlik Ümid Qaragözlüyə qarşı irəli sürülən ittiham barədə açıqlama verilmir və onun ailəsi ilə görüşü və telefon danışığı qadağan edilib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …