Molla rejimi Ərdəbildən olan azərbaycanlı milli fəal Firuz Moinini mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildən olan azərbaycanlı milli fəal Firuz Moinini mühakimə edir.

Yanvarın 4-də Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq bölməsində azərbaycanlı fəalı Feroz Moeininin ilk məhkəmə iclası keçirilib.

Rejimin həmin məhkəmə orqanının hakimi Kamiyar Səlim azərbaycanlı fəal Firuz Moinini “İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edib. Azərbaycanlı fəaldan son müdafiəsini təqdim etməsi istənilib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Firuz Moini oktyabrın 5-də ərdəbil şəhərində özünün iş yerində rejimin məmurları tərəfindən döyülərək yaxalanmışdı.

Azərbaycanlı fəal noyabrın 3-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …