İranın terror təşkilatı olan Sepah-nın generalı Azərbaycanı hədələdi

GADTB: Sepah-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü münasibətilə yanvarın 3-də İranın Astara şəhərində keçirilən tədbirdə çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun ikinci briqada generalı Əlirza Tənhayi Azərbaycana qarşı təhdid dolu açıqlama verib.

O, Azərbaycan rəsmilərinin bir sıra addımlarına və açıqlamalarına toxunaraq iddia edib: “Azərbaycan Ukrayna və Səddamın səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi olaraq heç vaxt sərhədlərinin təhdid edilməsinə imkan verməyəcək”.

“İranda və onun periferik bölgələrində əmin-amanlığı pozmaq məqsədi daşıyan istənilən addıma İslam Respublikasının silahlı qüvvələri tərəfindən qətiyyətli cavab veriləcək”,-deyə general təhdid edib./Azad İran

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …