Cümə axşamı , May 2 2024
azfa

BMT İranı repressiyalara görə qınadı

GADTB: Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komisarı Volker Türk Əfqanıstan və İranda qadınların hüquqlarını sistemli şəkildə pozmaq səylərindən dəhşətə gəldiyini və bu cür antifeminist addımların uğursuzluğa düçar olacağını deyib.

O, məsələni bir başa hökumət rəsmiləri ilə müzakirə etmək üçün İrana səfər etməyi planlaşdırdığını, amma onun bu istəyinə Tehrandan cavab verilmədiyini söyləyib.

Türk deyib ki, bu səfər baş tutarsa, Tehran hökumətini qadınlara və qızlara qarşı ayrı-seçkiliyi dayandırmağa çağıracaq və onlarla etirazların vəhşicəsinə yatırılması məsələsini müzakirə edəcək.

Ali komisar İranın indiyədək iki narazının edam edilməsinə səbəb olan etirazlarla bağlı ölüm hökmünün verilməsi və icrası ilə bağlı xəbərdarlıq edib.

O qeyd edib ki, heç bir halda və qəti şəkildə etirazçılara qarşı ölüm hökmü çıxarılmamalıdır./Azad İran

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …