Bazar ertəsi , Sentyabr 21 2026
azfa

TÜRKSOY-un baş katibi Qarabağla bağlı açıqlama verdi

Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib ki, mədəni mirası məhv etmək, başqa ölkənin torpaqlarını qəsb etmək qeyri-insani münasibətdir.

O, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya və tarixi-mədəni abidələrə zərər verməsini işğalçı dövlətin məğlubiyyəti kimi qiymətləndirib.

Baş katib vurğulayıb ki, ermənilərin mədəni mirasa bu cür davranışı başqa xalqın mədəniyyətinə hörmətsizlikdir:

“30 il Qarabağı qəsb edib əsarət altında saxlayıblar, sonra da çıxarkən hər şeyi dağıdıb xarabaya çeviriblər. Bu, yaşadığımız müasir dünyada dəhşətli bir əməldir. Düşünürəm ki, onlar bu ərazilərin onların vətəni və torpağı olmadığını bilirdilər. Hətta bilirdilər ki, zaman gələcək bu torpaqları geri vermək məcburiyyətində qalacaqlar”.

İndiyədək dörd dəfə Qarabağa səfər etdiyini söyləyən Sultan Rayev bildirib ki, Şuşanın təbiəti onu valeh edib:

“Şuşada Bülbül, Üzeyir Hacıbəyli, Natəvanın heykəllərini gördüm. Əgər insan hətta heykəlləri belə güllələyirsə, bu əməli ifadə etməyə söz tapmaq olmur. Allaha şükürlər olsun ki, ədalət öz yerini tapdı. Deməli, bu onların başqasının haqqına sahib çıxmaq cəhdlərinin boş olduğunu, məğlub olduqlarını sübut edir”.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …