Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimin yaxaladığı azərbaycanlı fəalın taleyindən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi Güney Azərbaycanın Sayınqala şəhərindən olan tanınmış alpinist Babək Qabilnəjadın taleyindən heç bir xəbər yoxdur.

Fars-molla rejiminin məmurları tərəfindən noyabrın 5-də yaxalanan azərbaycanlı fəalın nədə ittiham olunduğu və harada saxlanıldığı barədə ailəsinə heç bir məlumat verilmir.

Eyni zamanda rejimin məmurları Hüseyn Qabilnejadla görüşə və onun telefon danışmasına da icazə vermirlər.

Bu da fəalın ailəsinin onun sağlıq durumu ilə bağlı nigaranlığına səbəb olub.

Qeyd edək ki, Sayınqaladan olan gənc qız Nəsim Sidqinin oktyabrın 31-də Urmiya şəhərində keçirilən etiraz aksiyasında öldürülməsindən sonra bu şəhərdə rejimin məmurları bəzi fəalları yaxalayıb.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …