Çərşənbə , Sentyabr 23 2026
azfa

Mühəqqiq Ərdəbili Universitetində Pişəvərinin fotoları yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Ərdəbil şəhərinin Mühəqqiq Ərdəbili Universitetində 1945-ci il Cənubi Azərbaycanda Milli Hökumətin qurucusu Seyid Cəfər Pişəvərinin foto və posterləri yayılıb.

Azərbaycanlı öyrəncilər universitet binası və divarlarına yapışdırılan fotoların altında Pişəvərinin 1945-ci ildə dediyi “Azərbaycan bütün İranla bir yerdə Hindistan kimi İngiltərə əsiri olmaqdansa, İrlandiya kimi azad olmağa üstünlük verir” ifadəsi yazılıb.

Bundan sonra universitetə mülki geyimli təhlükəsizlik məmurlarının gəldiyi, posterləri yığışdırdıqdan sonra bir neçə nəfəri dindirdikləri bildirilir.

Qeyd edək ki, Pəhləvi rejimi 1946-cı ildə Güney Azərbaycanı yenidən işağl edərək, burada Azərbaycan türklərinə qarşı soyqırım törədib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …