Urmiyadan olan azərbaycanlı fəallar Türkiyəyə yardım ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyadan olan bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiyada Türkiyənin baş konsulluğuna yardım təhvil veriblər.

Azərbaycanlı fəalların topladığı yardımlar Türkiyə Cümhuriyyətinin Urmudakı konsulluğuna təhvil verilib.

Azərbaycanlı fəallar konsulluğun qarşısında əllərində “BAŞİN SAĞ OLSUN TÜRKİYE, URUMİYE KALBİ SİZİNLE, ACİNİZ ACİMİZDİR TÜRKİYE” yazılmış banner asıblar.

Bundan öncə isə Urmiyadan olan azərbaycanlı fəallar Türkiyədə zəlzələdən zərər çəkənlərlə həmrəyliklərini bildirmək üçün konsulluq qarşısına toplaşmağa çalışsa da, hökumət məmurları konsulluq ətrafında maneələr quraraq buna imkan verməyib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …