Cümə axşamı , May 7 2026
azfa

Təbrizdə molla rejiminə bağlı məddah güllələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminə bağlı Əhli-bet məddahı Habil Afaq Azər Təbrizin Bəsic meydanı yaxınlığında güllələnib.

Məddahın cəsədi qatillər tərəfindən Şəhid Kəsayi magistralının cənub tərəfindəki Əl-Bəqi bölgəsinə atılmış və həmin yerin mühafizəçiləri tərəfindən tapılıb.

Məlumata görə, Habil Afaq Azər hökumətə yaxın mədhiyyəçilərdən, Türkiyə və Azərbaycana İranın siyasi-dini ideologiyasını ixrac  edən missionerlərdən biri olub.

Bildirilir ki o, İran hökuməti tərəfindən məddahlıq mərasimlərində çıxış etmək üçün dəfələrlə Türkiyə və Azərbaycana səfərlər edib və İran hakimiyyəti ilə yaxın əlaqələri olub.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …