Təbrizin yeraltı su qaynaqları neft tullantıları ilə çirklənib

GADTB: Təbrizin Dəmir Yolu Stansiyası yaxınlığında yerləşən ərazilərdə yeraltı su qaynaqlarının neft tullantıları ilə çirkləndirilməsi davam edir. Bu barədə Şərqi Azərbaycan əyaləti məhkəməsinin Şərqi Azərbaycan məhkəmə sisteminin Sosial məsələlər və cinayətkarlığın qarşısının alınması üzrə bölməsinin başçısı Əhməd Müvəqqiri açıqlama verib.

O, bundan bir neçə il əvvəldən başlayan ekoloji problemin 2020-ci ildən bu yana daha da şiddətləndiyini qeyd edib:

“Bu bölgədə yaşayan insanların içməli suyu, əkin sahələri üçün suvarma suyu bu su qaynaqlarından təmin olunur. Sular çirkləndirildiyi üçün əhalinin sağlamlığı təhlükə altına düşüb”.

Bununla yanaşı, Təbriz Dəmiryol Stansiyasından ətrafa axıdılan neft və başqa zəhərli tullantılar yeraltı və yerüstü su qaynaqlarına qarışdığına, bunun qarşısının alınmadığına görə yerli əhali və ətraf mühit fəalları dəfələrlə etiraz aksiyaları keçiriblər.

Həmçinin yoxlayın

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu …

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” …