Şənbə , Noyabr 14 2026
azfa

Rusiyanın parçalanma prosesi başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, “Artıq Rusiya Federasiyasının parçalanması başlayıb.

“Proqnozlarımız və analitik qənaətlərimiz belə nəticəyə gəlir ki, Rusiyanın parçalanması artıq başlanmış bir prosesdir. Amma Qərb bununla razılaşmaq istəmir”, – Ukrayna rəsmisi bildirib.

Danilovun fikrincə, Qərbin bu mövqeyi yanlışdır və Rusiyanın parçalanmasına hazırlaşmağa çağırıb.

O, fikrini belə izah edib ki, sahib olduğu nüvə silahları hər an Rusiyada hərbi qruplaşmalardan birinin nəzarətinə keçə bilər.

“Rusiya parçalanmayana, bu dəli qonşu məhv olmayana qədər heç bir müharibə dayana bilməz”, – Danilov söyləyib.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …