Cümə , Sentyabr 25 2026
azfa

İranlı ekspert: “Təhlükəsizlik məsələlərində İran və Ermənistanın maraqları tamamilə üst-üstə düşür”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ehsan Movəhhediyan adlı qatı Azərbaycan düşməni özünün Tvitter hesabında yazır:

“İran və başqalarının nöqteyi-nəzərindən Zəngəzur dəhlizinin açılmasının mənfi nəticələri haqqında Ermənistanın “CivilNet” telekanalına müsahibəm: Təhlükəsizlik məsələlərində İran və Ermənistanın maraqları tamamilə üst-üstə düşür”.

Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı Respublikası” adlandıran bədnam siyasi şərhçi həyasızcasına hədə yağdırıb: “Bakı Respublikası” İranın qırmızı xətlərini çoxdan keçib, İranın mövqeyi sərtləşib və İslam Respublikasının səbri sonsuz deyil!”. / Azad İran

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …