Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı körpəyə 10 aydan sonra doğum haqqında şəhadətnaməsi almaq mümkün olub

Azərbaycanlı vəkil Sina Yusifinin Twitter səhifəsində yazdığı xəbərə görə, azərbaycanlı körpə “Tura Paşayi Qulunci”nin valideyni övladına 10 aydan sonra doğum şəhadətnaməsi ala bildiyini açıqlayıb.

Qeyd edək ki, 22 may 2022-ci il tarixində Urmiya şəhərində dünyaya gələn azərbaycanlı körpə “Tura”nın doğulmasından on ay keçməsinə baxmayaraq, Urmiya şəhərindəki rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermirdi.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …