Cümə axşamı , İyul 30 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı həkim Həmid Qarahəsənlinin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı həkim Həmid Qarahəsənlinin həyatı təhlükədədir.

Kərəcdə keçirilən etiraz aksiyalarında yaxalanaraq saxta ittihamlarla ağır cəzaya məhkum edilən azərbaycanlı həkim Həmid Qarahəsənlinin həyatının təhlükədə olması barədə onun yaxınları Amerikanın səsinə müsahibə zamanı məlumat veriblər.

Azərbaycanlı həkimin yaxınlarının bildirdiyinə görə, həkim həbs edildikdən sonra iki dəfə infarkt keçirib, işgəncə edildiyi zaman aldığı yaralardan infeksiya alıb və müalicəsinə imkan verilmədiyi üçün səhhətinin ağırlaşdığını bildirirlər.

Eyni zamanda həkimin bağırsağında yaralar kəskinləşib və onun sağlıq durumu təhlükəli vəziyyətdədir.

Azərbaycanlı həkimin yaxınlarının bildirdiyinə görə, Həmid Qərəhəsənlinin müalicəsi ilə bağlı dəfələrlə vəsiqə qarşılığında zaminə buraxılması istənilsə də, rejimi buna icazə verməyib və həkimin mühalicəsi üçün qəti şəkildə maeçilik törədilib.

Qeyd edək ki, Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli 2022-ci il noyabrın 4-də Kərəcdə Hədis Nəcəfinin qırx mərasimi zamanı həbs edilib və radikal Bəsic qüvvələrinin üzvü Ruhllah Əcəmiyanın öldürülməsində iştirak etdikləri ittihamı ilə mühakimə olunublar.

Azərbaycanlı həkim və onun həyat yoldaşı həbsdə vəhşicəsinə işgəncə ediliblər.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …