Azərbaycanlı fəallar Azərbaycandan himayə məqsədilə Tehranda Azərbaycan bayrağı asdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Azərbaycanla həmrəylik və “Tək millət, tək bayraq” çağırışının davamı olaraq, Azərbaycan bayrağının  Azad İslam Universitetinin Tehranın şimalında yerləşən filialının önündəki yerüstü keçidin üzərinə bağlayaraq dalğalandırıblar.

Azərbaycanlı fəalların hazırlayaraq nümayiş etdirdiyi bayrağın üzərində “Tək millət, tək bayraq, tək vətən və biz Azərbaycanın özüyük” yazılıb.

Qeyd edək ki, son günlər İranın Azərbaycan Respublikasına qarşı təhdid mesajları verməsi və açıq şəkildə Ermənistanı dəstəkləyib, Azərbaycanı hədələməsi Azərbaycan türklərinin Cənubi Azərbaycanda ciddi təpkisi ilə qarşılaşıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar belə aksiyalar keçirməklə Azərbaycanla həmrəyliknümayiş etdirirlər.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …