Çərşənbə axşamı , May 5 2026
azfa

Azərbaycanlı fəallar Zəncanda Azərbaycan bayrağı qaldırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalar Azərbaycanla həmrəylik məqsədilə Azərbaycan bayrağını Güney Azərbaycanın Zəncan şəhərinin mərkəzində yerləşən “İmamzadə İbrahim” türbəsinin hasarından asıblar.

“İmamzadə İbrahim” türbəsinin həyəti və məscidi İran rejiminin Zəncan şəhərindəki kəşfiyyat, Sepah qüvvələrinin, digər təzyiq güclərinin və hökumət təbliğatçılarının əsas qərargahlarından biridir.

Quraşdırılmış pankartın üzərində İranı idarə edən şovinistlərin ziddiyyətli siyasətinə qarşı “Kömək Allahdandır və zəfər yaxındır” ayəsi, habelə “ya Məhəmməd” şüarı yazılıb. İran coğrafiyasını idarə edən rejimin rəhbərləri din və məzhəbdən sui-istifadə edərək, ondan xalqları sıxışdırmaq və müstəmləkə etmək üçün bir vasitə kimi istifadə edirlər.

Qeyd edək ki, son günlər İranın Azərbaycan Respublikasına qarşı təhdid mesajları verməsi və açıq şəkildə Ermənistanı dəstəkləyib, Azərbaycanı hədələməsi Azərbaycan türklərinin Cənubi Azərbaycanda ciddi təpkisi ilə qarşılaşıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar belə aksiyalar keçirməklə Azərbaycanla həmrəyliknümayiş etdirirlər.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …