Şənbə , Yanvar 4 2025
azfa

İranda mülki geyimli məmurların iki gənci zorlamasının üstü açıldı

GADTB: İranın insan haqları təşkilatlarının hesabatına görə, Təbrizdə son ümumxalq  etiraz aksiyaları zamanı mülki geyimli üç məmur iki etirazçı gənci zorlayıb.

Təbrizdə etiraz edən bu şəxslərdən biri “Məhkumların Vəziyyətini Təqib edən Komitə”nin hesabatında bildirib ki, həbsdən sonra mülki geyimli məmurlar ona və digər həbs edilmiş şəxslərə “soyunmalarını” əmr ediblər. Onun və başqa bir gəncin etirazına baxmayaraq, mülki geyimli qüvvələr onları maşına mindirib və şalvarlarını çıxardıqdan sonra önccə elektroşok tapança ilə ayaqlarını uyuşdurub və üçü növbə ilə onu və digər aksiya iştirakçısını zorlayıblar.

Hesabatda kimliyi açıqlanmayan bu şəxs bildirib ki, hakim onu ​​“milli təhlükəsizliyə zidd fəaliyyətdə” və “mitinqlərdə iştirak etməkdə” ittiham edib və müttəhim şəxs hakimin qulağına pıçıldayaraq zorlanması barədə məlumat verəndə hakim də alçaldıcı ifadələrlə hədələyərək onun zorlayacağını bildirib./Azad İran

Həmçinin yoxlayın

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” …

Molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü böhranlı vəziyyətdədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü …