Molla rejimi İlkin adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi İlkin adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir.

Rejimin Təbrizdə yerləşən İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi azərbaycanlı körpə İlkin Hüseyni Muqadam üçün doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb.

Azərbaycanlı fəal və İlkinin atası Babək Hüseyni Muqadam öz Twitter səhifəsində türkcə və farsca yazıb:

“Övladım İlkinin doğum haqqında şəhadətnaməsini almaq üçün Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinə getdim. Onlar mənə dedilər ki, İlkin türk adıdır və Vətəndaşlıq Qeydiyyatı Təşkilatının təsdiq etdiyi adlar siyahısında yoxdur. Övladıma İlkin adı vermək mənim hüquqi və təbii haqqımdır və sona qədər İlkini qeydiyyatdan keçirməyə çalışacağam”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …