Şənbə , Oktyabr 17 2026
azfa

Ermənilər Azərbaycan və Türkiyə bayraqlarını cırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Türkiyə və Azərbaycan bayraqlarına qarşı növbəti təxribat törədilib.

Yarışın keçirildiyi zalın tavanından Azərbaycan və Türkiyənin cırılmış bayraqları asılıb. Digər dövlətlərin bayraqları isə normal vəziyyətdədir.

Yayılan görüntülərdə bayraqların bilərəkdən cırıldığı açıq şəkildə görünür.

Qeyd edək ki, İrəvanda 14 apreldə ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Ermənistanın İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri Aram Nikolyan səhnədən Bayrağımızı qaparaq yandırıb. Bundan sonra Azərbaycan idmançıları çempionatda iştirakdan imtina edərək, Vətənə qayıdıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …