Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İranın ETTELAAT məmurları azərbaycanlı milli fəalın evinə basqın edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ETTELAAT məmurları azərbaycanlı milli fəalın evinə basqın ediblər.

Rejimin məmurları azərbaycanlı milli fəal Kərim Xəlilinin Təbrizin Heydərabad məhəlləsindəki evinə basqın ediblər.

Məmurlar fəalın şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər.

Qeyd edək ki, Kərim Xəlili İran İslam Respublikasının təhlükəsizlik agentləri tərəfindən dəfələrlə həbs edilərək işgəncələrə məruz qalan azərbaycanlı milli fəal Aşıq Cəbrail Xəlilinin qardaşıdır.

Həmçinin yoxlayın

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …