Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbaycanın Ərdəbil şəhəri 2023-cü ilin turizm paytaxtı elan edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin qurucularından biri olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hər il 10 üzv ölkədən bir şəhəri “turizm paytaxtı” elan edir.

İqtisadi Əməkdaşlıq Təşkilatı Ərdəbili “2023-cü ilin turizm paytaxtı” elan edib.

Məlumata görə, Ərdəbildə “Beynəlxalq Köçəri Festivalı” keçirilib. Mərasimdə təşkilata üzv olan 10 ölkənin Tehran səfirləri də iştirak edib.

Səfirlər və media nümayəndə heyətinin üzvləri birlikdə Ərdəbilin mühüm turizm yerlərini ziyarət ediblər.

Ərdəbilli qız uşaqları İran rejimi rəsmilərinin göstərişinə rəğmən təşkil olunan mərasimdə xarici qonaqları farsca yox Azərbaycan türkcəsində salamladılar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …