“TEKNOFEST-2023” dünyanın ən böyük tədbiri kimi tarixə düşdü

GADTB: Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST” 2,5 milyondan çox ziyarətçi ilə “dünyanın ən böyük tədbiri” kimi tarixə düşdü.

Türkiye Texnologiya Komandası Vəqfi ilə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyasında, Türkiyedə milli texnologiyanın inkişafında kritik rol oynayan bir çox təşkilatın ortaqlığı ilə keçirilən “TEKNOFEST” 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında keçirildi.

Tədbirin son günündə keçirilən bağlanış mərasimində “TEKNOFEST İstanbul” çərçivəsində texnologiya yarışmalarının qaliblərinə mükafatları təqdim olundu. Ziyarətçilər tərəfindən ilk dəfə “TEKNOFEST”in yeni himni də səsləndirildi.

“TEKNOFEST İstanbul”da uçuş şousu nümayiş etdirən komandalara, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Fursan Al Emarat Hava Akrobatika komandası və Mərakeş Hərbi Hava Qüvvələri komandalarına xatirə nişanı təqdim edildi.

“TEKNOFEST” İdarə Heyəti və T3 Vəqfi Mütəxəssislər Şurasının sədri Selçuk Bayraktar bağlanış mərasimindəki çıxışında daha bir möhtəşəm “TEKNOFEST”i uğurla başa vurduqlarını ifadə edərək, “TEKNOFEST”in rekordlar qıran, gələcəyə ümid bəxş edən bir festival olduğunu bildirdi.

Selçuk Bayraktar “TEKNOFEST-2023″ 2,5 milyondan çox ziyarətçi ilə “dünyanın ən böyük tədbiri kimi tarixə düşdü” deyib.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …