Cümə , Avqust 21 2026
azfa

Türkiyənin Kaan təyyarəsi ilə F-35-ın müqayisəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ilk yerli döyüş təyyarəsi KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 5 ölkədən biri oldu. Bəs, Türkiyənin vaxtilə istehsalında ortaq olduğu, amma S-400 böhranı nəticəsində proqramdan çıxarılan 5-ci nəsil F-35 təyyarələri ilə KAAN arasında hansı fərqlər və üstünlüklər var?

Təqaüddə olan briqada generalı Özgür Tör KAAN və F35 arasındakı fərqlərdən danışıb.

General KAAN və F-35 konseptlərinin tam olaraq eyni olmadığını, F-35-in “görünməz təyyarə” prinsipi ilə dizayn edilməsinin nəzərdə tutulduğunu, amma buna tam nail olunmadığını bildirib. Tör bunun səbəbinin təkmühərrikli F-35-in davamlı işləməsi və 2000 dərəcəyə qədər istilik buraxılarkən termal iz qoyması ilə əlaqəli olduğunu deyib və vurğulayıb ki, təyyarədən çıxan istilik “görünməzlik xüsusiyyəti”nə təsir edir.

F-35-in istehsal edildiyi ilk günlərdən çətinliklərlə üzləşdiyini söyləyən general bunun F-117-dən daha yaxşı olduğunu, F-22-dən isə daha yaxşı olmadığını bildirib. Bundan əlavə, təyyarədə mühərrik probleminin olduğunu xatırladıb.

“Özünə görə yaxşı təyyarədir, amma bəzi problemlər var və uçuş məsafəsi azdır”, – Tör əlavə edib.

KAAN və F-35-i müqayisə edən generalın sözlərinə görə, ABŞ təyyarəsi bundan geridə qalır. Bununla yanaşı, Özgür Tör KAAN-ın xüsusiyyətlərinə toxunaraq, Türkiyə təyyarəsini F-35-lə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb. O, Yunan mediasının KAAN-ı F-22-yə bənzətdiyini də deyib.

KAAN-ın ikimühərriki olduğunu qeyd edən Tör ABŞ təyyarəsindəki radarın 20 il əvvəlki xüsusiyyətlərə sahib olduğunu, KAAN-ın radar xüsusiyyətlərinin daha da inkişaf edəcəyini iddia edib. Tör bildirib ki, KAAN ikimühərrikli təyyarə olsa da, yaratdığı istilik 1500 dərəcənin altındadır. O, F-35-də bu temperaturun 2 min dərəcədən yuxarı olduğunu bir daha xatırladıb. Bu, KAAN-ın ABŞ istehsalı F-35-ə nisbətən termal istilik baxımından “görünməzlik xüsusiyyəti”ndə daha uğurlu olduğunu göstərir.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …