Azərbaycanlı milli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı milli fəal Saleh Molla Abbasini məhkəməyə çağrıb.

Sosial şəbəkədə bu barədə məlumat paylaşan Molla Abbasi bildirib ki, İran məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəaldan 5 gün ərzində Əhər şəhərində rejmin İnqilab prourorluğunun 3-cü şöbəsinə getməyim istənilib.

Molla rejimi azərbaycanlı fəalı şərləyərək, onu “yalan məlumat yaymaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da rejimin məmurları tərəfindən həbs edilmişdi. O, 9 noyabrda 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər rejimin Təbrizdə yerləşən zindanından zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …