Molla rejimi yenicə həbs etdiyi Hüseyn Əmaninin qardaşını da həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yenicə həbs etdiyi Hüseyn Əmaninin qardaşını da həbs edib.

Bu dəfə bir neçə gün öncə həbs edilən Hüseyn Əmani Nadarlının qardaşı, Güney Azərbaycanın milli fəalı Məhəmmədrza (Araz) Əmani Nadarlı polislər tərəfindən tutulub.

Araz Nadarlının həbsinin səbəbləri və harada olması barədə indiyədək heç bir xəbər yoxdur. Gəncin ailə üzvləri müqavimət hərəkatının üzvlərinə qardaşların səhhətlərindən narahat olduqlarını bildiriblər.

Bundan öncə isə Hüseyn Əmani Nadarlı qardaşına zəng edərək ETTELAAT İdarəsinin təcridxanasında saxlandığını bildirmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı baş məşqçi: Azərbaycanla bağlı azərbaycanlılar qərar verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi Tehranın Azərbaycan …

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …