Azərbaycanlı fəalı Əlirza Fərşi həbsdən sonra sürgün cəzasına qarşı çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal və keçmiş siyasi məhbus Əlirza Fərşi həbs çəkdikdən sonra barəsində çıxarılan iki illik sürgün cəzasına qarşı çıxıb və bu ədalətsiz qərara tabe olmayacağını bildirib.

Bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edən Əlirza Fərşi bildirib ki, əl-Əhvaz (Xuzistan) əyalətinin Bağməlik bölgəsində geri qayıtmayacaq.

Əlirza Fərşi haqsızlığa məruz qaldığını, sürgün cəzasına səbəb olacaq heç bir cinayət törətmədiyini və Azərbaycan türklərinin milli kimliyi əleyhinə olan şəxslərin əsassız və qərəzli rəyləri nəticəsində cəzalandırıldığını qeyd edib.

Qeyd edək ki, Əlirza Fərşi və digər fəallar 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə Baharistan şəhərində həbs olunublar. Bu fəallar arasında Əkbər Azad, Əli Babalu, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi hər biri 2 il həbs və 2 il müxtəlif şəhərlərdə məcburi sürgün cəzasına məhkum edilib, digər fəallar barəsində isə həbs qərarı verilmişdi.

Əlirza Fərşi bu il fevralın 8-də həbsxanadan buraxılıb. Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin zindanın, daha sonra isə Fəşafuyə zindanına köçürülmüşdü. O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə rəsmi dəvətlə GAMOH-un qurultayına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə Sidneydə festival keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türk Assosiasiyası, Azərbaycan …