Şənbə , Sentyabr 19 2026
azfa

Tanınmış azərbaycanlı milli fəal Abbas Lisani Təbrizədə yenidən əməliyyat olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli fəal Abbas Lisani Təbrizədə yenidən mülicəyə gedib.

Abbas Lisani Ərdəbil zindanından azad olunduqdan və Yəzd şəhərində 2 illik sürgünə tabe olmadıqdan sonra yenidən Təbrizin Vəliəsr xəstəxanasında bel və diz disklərindən ozon terapiyası və lazer terapiyası keçirib.

Qeyd edək ki, Abbas Lisani 2017-ci ildə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində çıxış etdikdən sonra həbs edilib və Ərdəbil zindanına köçürülüb.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən fəala “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qruplaşma yaratmaq” ittihamı ilə 15 il həbs cəzası və 2 il Yəzd şəhərinə sürgün cəzası verilib. Amma o, sürgünü qəbul etməyərək Yəzd şəhərindən Ərdəbilə gəlmişdir.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …