Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycanda azərbaycanlıların soyqırımını əks etdirən “Cilovluq” sənədli filmi çəkilib

GADTB: “75 dəqiqə davam edən bu sənədli film Birinci Dünya müharibəsinin son illərində Salmas, Urmiya və Xoy şəhərlərində erməni və assurilər tərəfindən azərbaycanlılara qarşı törədilən qətliam hadisələrindən bəhs edir. Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib.

Film son mərhələdədir və tezliklə ekspertlər və rəsmilər üçün özəl olaraq nümayiş etdiriləcək. Lisenziya alındıqdan sonra film ölkədəki rəqəmsal platformalarda, eləcə də Türkiyənin “TRT” və Azərbaycanın “AzTV” telekanallarında yayımlanacaq”, – deyə filmin rejissoru Reza Siyami filmlə bağlı açıqlama verib.

Cilovluq hadisəsi 1918-ci ilin martında, Novruz bayramının sonuncu çərşənbəsində baş verib. Bölgədə maraqları olan Böyük Britaniya, Fransa və Rusiyadan dəstək alan ermənilər Urmiya gölü ətrafında “Kiçik Ermənistan dövləti” yaratmaq istəyirdilər. Qərbdə cızılmış, İngiltərə, Fransa və Rusiya tərəfindən himayə olunan bu ssenaridə ermənilərlə yanaşı, assurilər də iştirak edirdi. Onların məqsədi türk torpaqları hesabına özlərinə dövlət qurmaq idi.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …