Bazar , Oktyabr 18 2026
azfa

İsveç Türkiyəyə terroru dəstəkləməyəcəyi barədə söz verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsveç Türkiyəyə terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə və Avropaya inteqrasiya məsələsində hər cür köməklik göstərəcəyinə söz verib.

Bu məsələlərlə bağlı razılaşmaların əldə olunması nəticəsində Türkiyə tərəfi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiya üçün parlamentə təqdim edilməsinə razılıq verib.

NATO sammitinə getmədən əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Avropa İttifaqına üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək.

Diqqətə çatdırılıb ki, bunun üçün əsas şərt İsveçin Terrorla Mübarizə üzrə Madrid Memorandumunun öhdəliklərini yerinə yetirməsi olmalıdır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …