Şənbə , Oktyabr 17 2026
azfa

Rusiya müharibə qənimətlərini hərbi dəstək müqabilində İrana göndərir

GADTB: “The Jamestown Foundation” nəşri son hesabatında Rusiyanın PUA alması müqabilində İrana döyüş qənimətləri göndərdiyini açıqlayıb.

Hesabatda İslam Respublikası ilə Rusiya arasında Uykraynaya qarşı müharibədə əməkdaşlığın daha bir hissəsi açıqlanıb. Araşdırma fondunun dərc etdiyi hesabata görə, Ukrayna ilə müharibədə İranın hərbi dəstəyi qarşılığında Rusiya Tehrana qabaqcıl Qərb silahlarını, o cümlədən müharibədə ələ keçirdiyi “Javelin” tank əleyhinə raketləri və “Stinger” zenit sistemlərini göndərir.

Bu müharibə qənimətləri İran üçün strateji əhəmiyyət kəsb edir. Bundan əlavə, molla rejiminin bu cür sistemləri əldə etməsi, ona bağlı qüvvələrin, məsələn SEPAH-ın təlim keçdiyi və silahlarla təhciz etdiyi Livan Hizbullahının texniki bacarıqlarını gücləndirəcək./Azad Iran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …