Şənbə , Oktyabr 17 2026
azfa

Təbrizdə küçələrə posterlər yapışdırıldı; “Millət oyan, amandı”

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində Urmiya gölünün qurudulmasına etiraz olaraq küçələrə posterlər yapışdırıldı.

İyulun 21-də bir qrup azərbaycanlı milli-mədəni fəal Təbrizdə küçələrə Urmiya gölü mövzusunda çap edilmış çox sayda posterlər yapışdırıblar.

Posterlərdə Urmiya gölü fotosunun üzərində “Millət oyan, amandı”, “İran Azərbaycan sərvətlərini udan bir çöllükdür, nə özü abadlaşır, nə də Azərbaycanı abad edir”, “#Urmu_gölü_can_verir” və s. şüarlar yazılıb.

Qeyd edək ki, molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …