Çərşənbə axşamı , May 5 2026
azfa

Xameneinin müşaviri Zəngəzur dəhlizinə görə yalan iddialar irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xameneinin müşaviri Zəngəzur dəhlizinə qarşı çıxmaq məqsədilə yalan iddialar irəli sürüb və hətta tarixi faktları belə təhrif edib.

Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə tarixi faktları təhrif edərək yazıb ki, İranla Ermənistan əlaqələri Əhəmənilər və Parfiya dövründən başlayır.

Ermənistanın İran üçün xüsusi və stratejik əhəmiyyətə malik olduğunu yazan ali müşavir Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib:

“Dəhliz açıldıqdan sonra biz on beş ölkə ilə deyil, on dörd ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə azad rabitəsi zərər görəcək. Bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq”.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …