Bazar , Sentyabr 20 2026
azfa

Molla rejiminin yarıtmaz siyasəti nəticəsində Güney Azərbaycanda Quru göl qurudu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin 30 kilometr cənub-şərqində, Təbriz-Ocan (Bostanabad) arasında yerləşən və dünyanın təbiət abidələri siyahısına salınan Quru göl molla rejiminin yarıtmaz siyasəti nəticəsində tamamilə quruyub.

Bir neçə ildir ekofəallar tərəfindən gölün quruyacağı ilə bağlı həyəcan təbili çalınsa da molla rejimi buna məhəl qoymayıb.

Qeyd edək ki, Quru göl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir. 200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir. Bir müddət əvvəl Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin rəhbəri Yusif Qafarzadə mediaya açıqlamasında gölün qurumaq üzrə olduğu barədə xəbərdarlıq etmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …