Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi Təbriz Universitetinin tələbələrini cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Təbriz Tibb Elmləri Universitetinin 18 tələbəsini etiraz aksiyalarında iştirak etdiklərinə görə cəzalandırıb.

İran Təhsil İşçilərinin Koordinasiya Şurasının verdiyi məlumatda bildirilib ki, Universitetin İnzibati Komissiyasının verdiyi qərara əsasən, bir neçə tələbənin təhsili dayandırılıb. Bir neçəsi başqa şəhərlərə sürgün edilib və qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, yüzlərlə tələbə isə universitetlərdən qovulub. Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Etirazlar baş verən zaman və ondan sonrakı dövrdə 700-dən çox tələbə həbs edilib, 1000-ə yaxın tələbə universitetdən qovulub.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …