Şənbə , Oktyabr 17 2026
azfa

Pakistan sanksiyalara görə İranla bağladığı müqaviləni dayandırdı

GADTB: Pakistan ABŞ sanksiyaları səbəbindən qaz idxalı üçün boru kəmərinin tikintisi ilə bağlı İranla imzaladığı müqavilədəki öhdəliklərini dayandırıb.

Bu barədə Pakistanın neft naziri Müsəddiq Malik məlumat verib.

Malik ölkə parlamentində çıxışında İslamabadın bu barədə Tehranı məlumatlandırdığını deyib.

Nazir bildirib ki, İran Pakistanın bu qərarını etibarsız adlandırıb, məsələnin arbitraj yolu ilə həll olunmalı olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Pakistanın İran qazından imtina edərək Türkmənistanla müqavilə bağladığı barədə xəbərlər yayılmışdı.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …