Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi həmədanlı tələbələri hicaba görə cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi məcburi hicab qaydalarını pozanlara qarşı sərt cəza tədbirlərinin tətbiqi çərçivəsində həmədanlı qız tələbələri qanunla nəzərdə tutulmuş hüquqlarından məhrum ediblər.

Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı məlumata görə, Həmədan şəhərinin İbn Sina Universitetinin 200 qız tələbəsi məcburi hicab qaydalarını pozduqlarına görə yataqxanadan çıxarılıb.

Universitet rəhbərliyi qız tələbələrin geyim tərzlərinə görə yataqxanadan qovulduqlarını təsdiqləyib.

Tələbə qızların sözlərinə görə, yataqxana məsulları onlardan yataqxana ilə təmin olunmaq üçün öhdəlik imzalamağı tələb ediblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …