Molla rejimi Urmiya gölü aksiyası ilə bağlı azərbaycanlı sənətçini ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində yaşayan mədəni fəal və bədii qiraətçi Rza Əsbəqi zənglə ETTELAAT idarəsinə çağırılıb.

Onun nəyə görə çağırıldığı barədə məlumat verməyən təhlükəsizlik məmurları bir sıra suallara cavab verməli olduğunu deyiblər.

Rza Əsbəqinin yaxınlarının bildirdiyinə görə, bu, onun Urmiya gölü ilə bağlı keçirilən aksiyalarda iştirakına görə olduğu ehtimal edilir.

Qeyd edək ki, son günlər güney azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb. Onlarla fəala zəng edilərək ETTELAAT-ın yerli bölmələrinə gəlmələri tələb olunub. 

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …