Şənbə , Oktyabr 17 2026
azfa

İran Ermənistana investisiyaların həcminə görə Rusiyadan sonra ikinci ölkə olub

GADTB: 2023-cü ilin birinci yarısında Ermənistanda İran kapitalı ilə 300-ə yaxın şirkət və müəssisə açılıb. Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan İrəvanda keçirilən “İranın azad iqtisadi zonaları” sərgisi çərçivəsində jurnalistlərə bildirib.

O əlavə edib ki, İran Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşuna görə Rusiyadan sonra ikinci yerdədir.

Nazirin proqnozlarına görə, bu il ölkələr arasında ticarət dövriyyəsi 800 milyon dollara çata bilər, lakin bu rəqəm Ermənistan və İran liderlərinin təyin etdiyi 3 milyard dollarlıq hədəfdən bir neçə dəfə az olduğu üçün qənaətbəxş hesab edilə bilməz.

Onun sözlərinə görə, azad ticarət zonası çərçivəsində əməkdaşlıq yeni stimul  ola bilər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …