Bazar ertəsi , Avqust 24 2026
azfa

Molla mrejimi Urmiya gölünün qurudulmasına etiraz edən fəallara qarşı həbs qərarı çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya gölünün qurudulmasına etiraz edən fəallara qarşı həbs qərarı çıxarıb. Artıq nəfər 16 azərbaycanlı fəala qarşı həbs qərarı çıxarılıb.

Azərbaycanlı fəallar Vahid Mehtəri, Məhsa Purdadaş, Yunis Quluzadə, Abbas Bəxtavər, Cəlal Entezari Esfəncani, Məhəmməd Mühəssili, Həmid Purvəli, Cəlal Dehqani, Əli Rza Bəkok, Əlirza Məqsudi, Mehdi Miri, Hüseyn Əliməhəmmədi Qavqani, Əlirza Fəth Vəndələnaq, Əlirza Məqsudi, İbrahim Asimani İranəq, Mehdiə Purabbas cəzalandırılıblar.

Onlar “Vəzifələrini yerinə yetirərkən zabitlərə tabe olmamaq”, “Qəsdən hücum”, “Məmurları təhqir etmək”, “Vəzifələrini yerinə yetirərkən zabitlərə tabe olmamaq”, “Qanunsuz toplantılara qatılaraq ictimai asayişin pozulması”nda ittiham olunublar.

Bu qərarın nəticəsi olaraq fəalların işi baxılması və cəza hökmünün çıxarılması üçün cinayət işi üzrə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, bu fəallar keçən il iyulun 15-i Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq Təbrizdə “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilib və müvəqqəti olaraq həbsdən buraxılıblar.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …