UNESKO Qərbi Azərbaycan icmasının çağırışına müsbət cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, UNESKO Qərbi Azərbaycan İcmasının çağırışına müsbət cavab verib.

Qərbi Azərbaycan icması bununla bağlı bildirib ki, Qərbi Azərbaycan İcması UNESKO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində UNESKO-nun praktiki yardımlarını xahiş etmişdi.

UNESKO bu günlərdə İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib.

İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən, müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyən edilməsi üçün UNESKO ilə praktiki əməkdaşlığı davam etdirəcək.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …