Cümə axşamı , Aprel 30 2026
azfa

Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu ilə daşınmasına etiraz etmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz buraxılmasının tərəfdarıdır. Zaxarova rəsmi Moskvanın mövqeyini açıqlayıb.

Moskva Laçın yolundan yüklərin buraxılmasına nail olmaq üçün Bakının istəyini qəbul edir, daha doğrusu, buna məcburdur. Və Qarabağ məsələsində Bakı ilə mövqeləri toqquşsa da, kənar oyunçuların Laçın yolu üzərindən bölgəyə müdaxiləsinin qarşısının alınması məsələsində uzlaşır.

Rəsmi Bakıya Ağdamdan Xankəndiyə girişin qapısının açılması, prosesin başlanması lazımdır. Sonrakı prosesdə Ağdam marşrutunu əsas daşıma yoluna çevirmək imkanları genişdir, hətta Rusiya ilə mövqeləri toqquşsa belə, Laçın postu hadisələrin inkişafına yön vermək baxımından Bakının əlini gücləndirir.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …