Bazar , Noyabr 29 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı müəllimin müalicəsinə icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb. Bu barədə onun vəkili Kərəm Veysi məlumat yayıb.

O, sentyabrın 3-də Cəfər İbrahiminin xəstəxana adı ilə Evin həbsxanasından çıxarılaraq Qızılhisar həbsxanasına köçürüldüyünü deyib.

“Bir neçə xəstəlikdən əziyyət çəkən Cəfər İbrahiminin səhhətinin ağır olmasına baxmayaraq, müalicəsinə imkan verilmir. Köçürülmə zamanı ona lazım olan vacib dərmanlarını və şəxsi əşyalarını götürməyə imkan verilməyib”, – deyə vəkil bildirib.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-nə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …