GADTB: Bu yaxınlarda Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan erməni terrorçu Vaqif Xaçaturyan Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azay Kərimovla üzləşdirilib.
Bu barədə A.Kərimovun özü danışıb.
Onun sözlərinə görə, Xaçaturyanın əsl adı Vaqif, ləqəbi isə Vladikdir.
“Xankəndidə ermənilər ona Vladik deyirdilər”, – deyə qeyd edən A. Kərimov bu günlərdə baş tutan üzlədirmədən öncə müvafiq qurumlara V.Xaçaturyanın əlamətləri haqda bilgi verib.
“O vaxt biz Vaqifi Meşəli hadisəsinə qədər, 15 may 1991-ci ildə gecə 4 nəfər silahdaşı ilə birlikdə saxlamışdıq. İndi Vaqif məni görən kimi tanıdı və o vaxt tərəfimdən döyüldüyünü də müstəntiqə dedi. Üzləşmədə Vaqif hər şeyi etiraf etdi!
Vaqif Meşəli soyqırımına kimi Xankəndidə yaşayan 30.000 azərbaycanlı ailənin bu şəhərdən min cür işgəncə ilə qovulmasının ən fəal iştirakcilarindan biri olub. O, həm də Xankəndidə “Qarikin dəstəsi”nin üzvü kimi milli münaqişəni qızışdıranlardan idi. İlk dəfə bizim tərəfimizdən buna görə həbs olunmuşdu, həm də qanunsuz avtomat silahı gəzdirdiyinə görə.
O vaxt Vaqif həbs olunub Şuşa türməsinə gətirildikdən sonra, gecə dişi ilə sol damarını ceynəyib dağıtmışdı ki, qanaxmadan ölsun. Şuşa xəstəxanasında damarını tikdirdik. Gecə tikişi yenə dişi ilə sökmək istəyəndə üstünə düşdük və bu dəfə xüsüsi nəzarətə götürüldü. Əslində Vaqif hələ o vaxt özü -özünə ölüm hökmü çıxarmışdı. Ancaq 3 aydan sonra Vaqifi Bakıdan Şuşaya ezam olunmuş prokror və müstəntiqlər böyuk pul qarşılığında ermənilərə satıblar. Vaqif özü belə dedi!
O vaxt buraxıldıqdan 9 ay sonra Vaqif başının dəstəsi ilə Meşəli soyqırımını törədib, 25 nəfər azərbaycanlını öldurüb, əsir götürdüklərinə dözülməz işgəncələr verib.
Xocalı hadisəsində iştirak edib və dinc sakinləri öldürüb.
Vaqif öz dilindən başqa, Azərbaycan, rus dilində də sərbəst danışır. İndiki üzləşmədə bir etiraf elədi. Meşəli sakinləri olan 3 nəfəri barmağı ilə göstərərək, onları da tanıdığını, həmişə ermənilərə işlədiklərini, ermənilərlə oturub-durduqlarını, daim ermənicə danışdıqlarını, tez-tez ermənilərlə içki içdiklərini, öz millətini, kəndlilərini sevmədiklərini söylədi. Bildirdi ki, belələri çoxdur, onlardan yalnız üçü buradadır”.
A.Kərimovun sözlərinə görə, Vaqif Xaçaturyan müstəntiqə həmin Meşəli sakinləri ilə danışmaq istəmədiyini bildirib.
Keçmiş döyüşçü Vaqifin Laçında məktəb direktoru işləmiş qızı Veraya, onun hazırda Xankəndidə “polis zabiti” olan ərinə də səslənib:
“Burada Vaqifə yaxşı baxırlar, qidalanmağı yüksək səviyyədədir, üstündə daim həkim nəzarəti var. Vaqif kicik bir açıqlama verdi, amma siz də dəqiq deməlisiniz: Xocalıdan 150, Malibəyli-Quşçulardan 21, Şuşa ətrafından 147 nəfər itkin düşüb. Əgər onların basdırıldığı kütləvi məzarlıqların yerini, koordinatlarını dəqiq öyrənib Azərbaycan tərəfə desəniz, Vaqifin cəzasını xeyli yüngülləşdirmiş olacaqsınız. Söz sizdədir, məlumatlarınızı gözləyirik”.
Xatırladaq ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.