Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı müəllim naməlum yerə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Qızılhisar zindanında həbsdə saxlanılan azərbaycanlı müəllim və siyasi məhbus Cəfər İbrahimi başqa 12 məhbusla birlikdə naməlum yerə aparılıb.

İnsan haqları müdafiəçiləri bununla bağlı məlumat yayaraq, bildiriblər ki, məhbusların şəxsi əşyaları həbsxanada qalıb və aparıldıqları zaman onların ailələri ilə telefon əlaqəsi saxlamalarına icazə verilməyib.

Onlar sentyabrın 3-də Tehranın Evin həbsxanasında Qızılhisar həbsxanasına köçürülmələrinə etiraz olaraq sentyabrın 7-dən aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı müəllim Cəfər İbrahiminin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün yaxınları və insan haqları müdafiəçiləri onun həyatından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-nə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …