Bazar , Sentyabr 20 2026
azfa

İranın Ermənistandakı səfiri Paşinyanla görüşüb

GADTB: Ermənistanın baş naziri Nikol Paşinyan dünən İranın İrəvandakı yeni səfiri Mehdi Sübhanini qəbul edib.

Sübhanini yeni səfir təyin olunması münasibətilə təbrik edən Paşinyan, onun fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Paşinyan vurğulayıb ki, iki ölkə regionun çətin dövründə aktiv təmasda olmalıdır.

Erməni baş naziri deyib ki, İran prezidenti İbrahim Rəisi ilə etibarlı dialoq mövcuddur ki, bu da Tehran və İrəvan arasında tərəfdaşlığın dərinləşməsinə töhfə verir.

Görüşdə İran səfiri də öz növbəsində ölkəsinin Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı İran tərəfinin “aydın” mövqeyini bir daha diqqətə çatdırıb.

Sübhani Qarabağda yaradılmış humanitar vəziyyətdən narahatlığını bildirib və Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının qorunmasının vacibliyini qeyd edib./ Azad İran

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …