Şənbə , Sentyabr 19 2026
azfa

Yaxın Şərq türkləri xəritə dəyişikliklərində hansı mövqeyi tutmalıdırlar?

GADTB: “Fələstin-İsrail cəbhəsində yaşanan son hadisələrlə birlikdə Yaxın Şərq 100 il sonra yeni bir xəritə dəyişikliyi ilə qarşı-qarşıya qala bilər”.

Bunu İraq parlamentinin deputatı, İraq Türkman Cəbhəsinin sabiq sədri və türkmanların lideri Erşat Salihi X-də yazıb.

“Bu prosesdə İraq, Suriya və İranda yaşayan türklərin xəritə dəyişikliyində necə mövqe tutacağı, haqq və hüquqlarını necə qoruyacağı indidən düşünülməli olan xüsusdur. Bölgəmizdə yaşanacaq hər hansı dəyişiklik və çevrilmənin təsirlərinin müşahidə olunacağı Livandan Əfqanıstana qədər uzanan coğrafiyada yaşayan biz Yaxın Şərq türkləri üçün indidən bir yol xəritəsi formalaşdırmağın vacib olduğunu düşünürəm. Bunun üçün Türk dünyasının dəyərli elm adamları, aydınları əl-ələ verərək bizə yardımçı olmalıdır”, – deyə o qeyd edib.

Həmçinin yoxlayın

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri: İran İslam Respublikası ilə qarşıdurma yekun mərhələdədir

GADTB: ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikası …